Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları keçirilir. Fanat.az xəbər verir ki, Ruslan Abışovun çıxış etdiyi "Rubin" "Betis"i qəbul edib.
Bu komandalar arasında İspaniyada baş tutmuş oyun 1:1 hesabı ilə başa çatmışdı. Bu gecə Kazanda keçirilən qarşılaşmada isə ispanlar 2:0 hesablı qələbə qazanaraq, "Rubin"i mübarizədən kənarlaşdırıblar.
Ruslan komandasının cari mövsüm Avropadakı son oyununda meydana çıxıb. Futbolçumuz 75-ci dəqiqədə Yann M`Vilanı əvəzləyərək, son 15 dəqiqədə mübarizə aparıb.
Fanat.az