"İnter" Ruslan Əmircanovdan şad xəbər alıb. Fanat.az xəbər verir ki, milli komandamızın üzvü zədəsini sağaldıb.
Əmircanov Premyer Liqanın XXVII turunda keçirilən "Qəbələ" ilə oyunda zədələnmiş və son 6 matçda komandasına kömək edə bilməmişdi. Müdafiəçi artıq oynamağa hazırdı. Baş məşqçi Kaxaber Tsxadadze şans verəcəyi halda mayın 7-də "Qarabağ"a qarşı oynaya biləcək.
Fanat.az