Premyer Liqanın gümüş medallarını qazanan “İnter” bir neçə futbolçusu ilə müqaviləni yeniləsə də, kapitan Vaqif Cavadov yeni anlaşma üçün ona təklif olunan məbləğlə razılaşmır. Fanat.az xəbər verir ki, Cavadov “bankirlər”in vermək istədiyi paranın az olduğunu düşünən yeganə futbolçu deyil.
Ruslan Əmircanov da növbəti mövsümdən ağ-göy formanı geymək niyyətində deyil. “İnter” rəhbərliyi sözügedən oyunçuları yola gətirə bilməsə, hər ikisi bank təmsilçisi ilə yolları ayıracaq.
Fanat.az