Ruslan Abışovu istəyən rus klubu müəyyənləşdi

Ruslan Abışovu istəyən rus klubu müəyyənləşdi
Ruslan Abışovun xidmətində maraqlı olan Rusiya klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, millimizin üzvünü "Torpedo" heyətinə qatmaq istəyir.
Moskva klubu Abışovu icarəyə götürmək istəyir. Ruslan hazırda "Rubin" hərbərliyi ilə danışıqlar aparır. Kazan təmsilçisi razılıq versə, millimizin üzvü 6 ay icarə əsasında "Torpedo"da çıxış edəcək.
Qeyd edək ki, "Torpedo" klubu 1930-cu ildə yaradılıb. 3 dəfə SSRİ çempionluğunu və 7 dəfə kubokunu qazanan Moskva təmsilçisi 2006-cı ilədək Rusiya Premyer Liqasında çıxış edib. 2007-2014-cü illərdə aşağı liqalarda mübarizə aparan komanda 2013/14 mövsümündə I divizionda 3-cü yeri tutub və yenidən Premyer Liqaya çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər