Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Kayzerslautern"in U-23 komandası "Kickers Offenbax"ın qonağı olub.
Oyun meydan sahiblərinin 4:3 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Rüfət matçın iştirakçısı olmayıb. Millimizin üzvü oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Kayzerslautern" 33 oyundan sonra 60 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda 3-cü pillədən 4 xal geri qalır, 4-cü yerdəki rəqibini 9 xal qabaqlayır. Bu səbəbdən son turun mayın 24-də keçiriləcək "Homburq"la oyunun nəticəsindən aslı olmayaraq "Kayzerslautern" mövsümü 4-cü pillədə başa vuracaq.
Fanat.az