Rüfət Dadaşovun qolu komandasına kömək etmədi

Rüfət Dadaşovun qolu komandasına kömək etmədi
Almaniya Regional Liqasının cənub-qərb zonasında 3-cü turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun yeni komandası "Tsveybrükken" evdə meydana çıxıb.
Rüfətin komandası "Nettingen"i qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 90 dəqiqə ərzində meydanda olan millimizin üzvü 66-cı dəqiqədə komandasının yeganə qoluna imza atıb.
Qeyd edək ki, "Tsveybrükken" 3 turdan sonra 3 xalla 11-ci pillədə qərarlaşıb. Rüfət son 2 turda oynayıb və hər ikisində qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər