Reynaldoya çatan yoxdu- TPL-in "universal əsgərlər"i

Reynaldoya çatan yoxdu- TPL-in "universal əsgərlər"i

Qol vuran futbolçuların sevilməsi təbii qarşılanmalıdı. Rəqib qapılarına yol tapmaqla yanaşı, komanda yoldaşlarının fərqlənməsinə də şərait yaradanlara isə “universal əsgər” deməyə dəyər. Fanat.az-ın hesablamalarına görə,  2013/14 mövsümündə Premyer Liqamızda ən yaxşı göstəriciyə çempionatın bombardiri Reynaldo imza atıb.

Belə ki, 22 dəfə “Qarabağ”ın rəqiblərini oyuna mərkəzdən başlamağa məcbur edən “sambaçı” 3 məhsuldar ötürmə verməyə də imkan tapıb. Onu  14 qol, 6 assistenliklə Vaqif Cavadov izləyir. Üçüncü yerdə isə Reynaldonun komanda yoldaşı Leroy Corc qərarlaşıb – 9 qol, 7 ötürmə.

“Universal əsgər” adına layiq olanların siyahısı ilə tanış olun:

1. Reynaldo (Qarabağ) -  25 (22+3)

2. Vaqif Cavadov (İnter) – 20 (14+6)

3. Leroy Corc (Qarabağ)  – 16 (9+7)

4. Daniel Subotiç (Qəbələ) – 14 (12+2)

5. Draqan Çeran (Simurq) – 14 (13+1)

6. Mbilla Etame (Xəzər Lənkəran) – 14 (11+3)

7. Sadio Tounkara (Xəzər Lənkəran) – 13 (6+7)

8. Çumbinyo (Qarabağ) – 12 (8+4)

9. Əfran İsmayılov (Bakı) – 12 (8+4)

10. Leonardo da Silva (Qəbələ) – 12 (7+5)

11. Baçana Tsxadadze (İnter) – 11 (10+1)

12. Flavinyo (Neftçi) – 11 (3+8)

13. Lorenзo Ebesilyo (Qəbələ) – 11 (8+3)

14. Rauf Əliyev (Bakı) – 10 (9+1)

15. Stepan Polyak (Simurq) – 10 (7+3)

16. Bahodir Nasimov (Neftçi) – 9 (7+2)

17. Cavid Hüseynov (Bakı) – 9 (6+3)

18. Muarem Muarem (Qarabağ) – 9 (4+5)

19. Junior Nildo (Xəzər Lənkəran) – 9 (8+1)

20. Viktor Mendi (Qəbələ) – 9 (7+2)   

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər