“Qarabağ”ın bombardiri Reynaldonun xidmətində maraqlı olan klublardan biri də Almaniya “Ayntraxt”ıdı. Fanat.az-ın əldə etdiyi məlumata görə ötən yay Ağdam təmsilçisini Avroliqanın qrupuna buraxmayan klub “sambaçı”nı yoldan çıxarmağa çalışır.
Belə ki, Reynaldonun meneceri vasitəsi ilə onu ağdamlılardan qoparmağa can atan almanlar braziliyalını Çempionlar Liqasında təmsilçimizə kömək etmədən “Ayntraxt”a qoşulmağa səsləyir. Bununla belə, “Qarabağ”a rəsmi müraciət ünvanlanmayıb.
Fanat.az