Topaz Premyer Liqasının XXV turu AZAL-ın futbolçusu Rəşad Abdullayev üçün əlamətdar olub. Fanat.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Simurq”la qarşılaşmanın 79-cu dəqiqəsində meydana çıxmaqla Azərbaycan çempionatlarında yubiley - 300-cü matçına çıxıb.
Hazırda karyerasını Premyer Liqada davam etdirən oyunçular arasında bu göstəricidə rekordçu olan Abdullayev 300-ə 14-cü mövsümdə çatıb. 1999/2000 mövsümündə çempionatda debüt edən yarımmüdafiəçi çıxış etdiyi 6 klubda ümumilikdə 300 matç keçirib.
| mövsüm | klub | oyun | qol |
| 1999/2000 | Xəzər Universiteti (Bakı) | 6 | 1 |
| 2000/01 | Xəzər Universiteti (Bakı) | 18 | 3 |
| 2001/02 | Xəzər Universiteti (Bakı) | 21 | 5 |
| 2003/04 | Xəzər Universiteti (Bakı) | 15 | 3 |
| 2004/05 | Xəzər Lənkəran | 26 | 2 |
| 2005/06 | Xəzər Lənkəran | 24 | - |
| 2006/07 | Xəzər Lənkəran | 23 | 4 |
| 2007/08 | Xəzər Lənkəran | 24 | 4 |
| 2008/09 | Xəzər Lənkəran | 18 | 2 |
| 2009/10 | Neftçi (Bakı) | 26 | 2 |
| 2010/11 | Neftçi (Bakı) | 26 | 7 |
| 2011/12 | Neftçi (Bakı) | 27 | 7 |
| 2012/13 | Qəbələ | 25 | 5 |
| 2013/14 | Rəvan (Bakı) | 16 | - |
| 2013/14 | AZAL (Bakı) | 5 | - |
|
| Cəmi | 300 | 45 |
Rəşad Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 12-ci futbolçu olub. Ona qədər 300-ü arxada qoyanların hamısı artıq karyeralarını başa vurublar. Bu üzdən 33 yaşlı yarımmüdafiəçi “12-lik”də daha da irəliləmək imkanına malikdir. Siyahıya isə çempionatların mütləq rekordçusu Mahmud Qurbanov başçılıq edir - 421 oyun.
| № | futbolçu | mövsüm | klub | oyun |
| 1. | Mahmud Qurbanov | 20 | 7 | 421 |
| 2. | Azər Məmmədov | 21 | 7 | 388 |
| 3. | Aslan Kərimov | 19 | 6 | 382 |
| 4. | Aqil Məmmədov | 19 | 9 | 364 |
| 5. | İsmayıl Məmmədov | 17 | 9 | 351 |
| 6. | Kənan Kərimov | 19 | 10 | 327 |
| 7. | Nadir Nəbiyev | 15 | 4 | 316 |
| 8. | Mübariz Orucov | 15 | 5 | 311 |
| 9. | Müşfiq Hüseynov | 14 | 4 | 305 |
| 10. | Ədəhim Niftəliyev | 17 | 8 | 303 |
| 11. | Kamal Quliyev | 16 | 5 | 302 |
| 12. | Rəşad Abdullayev | 14 | 6 | 300 |
pfl.az