Renat oynadı, komandası...

Renat oynadı, komandası...

Millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” İsveçrə çempionatında növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, sözügedən komanda öz meydanında “Lutsern”lə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub. 

Renat da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana çıxıb. 

Qeyd edək ki, “Qrasshopper” 17 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər