"Simurq" transfer çalışmalarına start verib. Fanat.az xəbər verir ki, Zaqatala klubu bir futbolçusu ilə müqavilə müddətini uzadır.
Belə ki, Raul Kostinin anlaşması başa çatır. Lakin Georgi Çixradze rumın yarımmüdafiəçini buraxmaq istəmir. Bu səbəbdən "Simurq" Raula 1 illik yeni müqavilə təklif edib.
Qeyd edək ki, yayda "Vasluy"dan ölkəmizə gələn Kostin Premyer Liqada 29 oyun keçirib və 3 qol vurub.
Fanat.az