Raul Amerika yolunda

Raul Amerika yolunda
Raul Qonzaleslə bağlı yeni xəbərlər yayılıb. Fanat.az xəbər verir ki, ispan ulduzun Amerikaya üz tutacağı iddia olunub.
2012-ci ildə "Şalke 04"dən ayrılaraq Qətərin "Əl Saad" klubuna keçən Raulun müqaviləsi 2 ay sonra başa çatacaq. Deyilənə görə, "Real"ın 36 yaşlı əfsanəsi ABŞ-a üz tutacaq və MLS liqasında çıxış edən "Nyu York Kosmos" klubu ilə müqavilə bağlayacaq.
Qeyd edək ki, 1994-2010-cu illərdə "Real"ın formasını geyinən Raul 550 oyunda 228 qol vurub. 6 dəfə La Liqa, 3 dəfə Çempionlar Liqası çempionluğu qazanan futbolçu 2010-cu ildə "Şalke 04"ə keçmişdi. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər