Ramin Musayev: "Rəvan" getdi"

Ramin Musayev: "Rəvan" getdi"
"Mövcud reqlamentə əsasən "Rəvan" Premyer Liqanı tərk etdi. Son turdan əvvəl klubun vitse-prezidenti Bəhruz Şirəliyevlə görüşümüz oldu. Bəhruz müəllim bildirdi ki, biz Premyer Liqanı tərk etsək belə, həvəsdən düşməyəcəyik və yenidən özümüzü toparlayıb I diviziondan elitaya qalxacayıq". Fanat.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Musayev "Rəvan"ın Premyer Liqada saxlanılıb-saxlanmaması ilə bağlı məsələyə də münasibət bildirib: "Aydın məsələdi ki, "Rəvan" getdi. Bu gün üçün reqlamentdə dəyişiklik gözlənilmir. Əgər normal sponsor tapılsa, 12, 14 komanda da ola bilər".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər