Ramaldanov "Böyük oyun"u görməyəcək

Ramaldanov "Böyük oyun"u görməyəcək
"Xəzər Lənkəran" "Neftçi" ilə oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, Premyer Liqanın XXVIII turunda baş tutacaq "Böyük oyun"da Rasim Ramaldanov iştirak etməyəcək.
Buna səbəb futbolçunun cəzalı duruma düşməsidi. "Simurq"la matçın 51-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan milli üzvü sarı vərəqə limitini doldurub. Bu səbəbdən Rasim "Neftçi" matçını buraxmalı olacaq.
Qeyd edək ki, Ramaldanov bundan əvvəl "Simurq" (X tur), "Neftçi" (XII) və "Sumqayıt" (XXVI) matçlarında "sarı" almışdı.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər