Rail Məlikovun müqavilə bağladığı "Dənizlispor" yeni mövsümün hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, komanda avqustun 11-də təlim-məşq toplanışının növbəti mərhələsi üçün İspartanın Davraz bölgəsinə yollanacaq.
"Siena Hotel"də məskunlaşacaq komanda 3 yoxlama oyunu keçirəcək. İlk oyun ayın 12-də baş tutacaq və rəqib "Antalyaspor" olacaq. Ayın 15-də "Eyüpspor"la qarşılaşacaq "Dənizlispor" 2 gün sonra "Tarsus İdman Yurdu" ilə üz-üzə gələcək. Bütün oyunlar Bakı vaxtı ilə saat 20.00-da başlayacaq. Dənizli klubu Davraz toplanışını avqustun 18-də başa vuracaq.
Fanat.az