Qurban Qurbanov "İnter"lə oyunla (0:0) bağlı fikirləiini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Reynaldonun komandanı tərk etməyəcəyini deyib:
"Həm mənə, həm də komandama “İnter”ə qarşı oynamaq çətin olur. “İnter”in özünəməxsus oyun üslübu var, daha çox düşünməli oluruq. Heç-heçəni normal nəticə sayıram. Fikrimiz Avropa Liqasındadı, çempionata tam hazırlaşmamışıq. Ağır oyun olmasına baxmayaraq, komanda əlindən gələni etdi. Nəticəni oyuna görə ədalətli sayıram. İlqar Qurbanov qarşıdakı oyunda oynayacaq, Maksim Medvedevin isə zədəsi tam sağalmayıb. Lakin, o, "18-lik"də olacaq. Reynaldonun məsələsində son nöqtə qoyulub. Bizimlə müqaviləsi var və komandanın uğurları üçün çalışır”.
Fanat.az