Qurban Qurbanov "İnter"lə oyunla (3:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi komandasından razı qalıb:
"Yaxşı qələbə qazandıq, vacib 3 xal əldə etdik. Hər qarşılaşmada yaxşı oyun göstərib 3 xal qazanmaq vacibdi. Oyunların sıx qrafiklə keçirilməsi bizə çətinlik yaşada bilər. Artıq növbəti oyunlara hazırlaşmalıyıq. Qarşıda hələ 10 tur var, indidən çempionluq haqqında danışmaq hələ tezdir. Kiçik bir diqqətsizlik oyunumuza təsir edə bilər”.
Fanat.az