Qurban Qurbanov "Qəbələ" ilə oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi qolsuz heç-heçənin pis nəticə olmadığını deyib:
"Əsl kubok oyunu oldu, hər iki komanda ehtiyatlı oynadı. Komandalar səhvsiz oynamağa çalışırdı, ona görə də müdafiədə boşluqlar olmadı. 0:0 pis nəticə deyil, qalib cavab oyununda bilinəcək. Yaxşı komandaya və məşqçiyə qarşı mübarizə apardıq".
Fanat.az