Qurban Qurbanov: "...bu hücumların qarşısını aldıq"

Qurban Qurbanov: "...bu hücumların qarşısını aldıq"
Qurban Qurbanov "Suiqayıt"la oyunla (3:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi komandasından razı qalıb:
"Bizim üçün vacib oyun idi. Ağır qrafiklə oynayırıq. Futbolçularda yorğunluq hiss olunurdu. Oyun intizamımızı sona kimi pozmadıq və qələbə qazandıq. "Sumqayıt"ın öz oyun üslubu var, sürətli əks-hücumlar qururlar, topla yaxşı davranırlar. İlk hissədə bir neçə qol imkanları oldu. Son vaxtlar bütün komandalar üçün təhlükəli rəqibdi. Buna baxmayaraq, bu hücumların qarşısını aldıq və ikinci hissənin ortaların rəqib yoruldu. Yaranmış boşluqlardan istifadə etdik və 3 qol vurduq. “Sumqayıt”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər