XXXIII turda "Bakı" ilə "sülh" bağlayan "Qarabağ" növbəti turda əsas rəqibi "İnter"lə qarşılaşacaq. Fanat.az xəbər verir ki, Qurban Qurbanovun komandası tam heyətlə məşqlərə bu gün başlayacaq.
Belə ki, baş məşqçi dünənki məşqdə "Bakı"ya qarşı oynamış futbolçulara istirahət verib. Ehtiyatda qalan və "18-liy"ə düşməyənlər isə məşq edib. Bu gün bütün komanda bir araya gələcək.
Fanat.az