Son 3 mövsümdə olduğu kimi yenə də Azərbaycan çempionu mövsüm başa çatmamış müəyyənləşdi. Ardıcıl 3 dəfə “Neftçi” vaxtından əvvəl çempionluğun sevincini yaşamışdısa, Topaz Premyer Liqasının 2013/14 mövsümündə “Qarabağ” qızıl medallara sahib çıxıb. Ağdam təmsilçisi 34-cü turda “İnter”i məğlub edib və bunun sayəsində son iki turun nəticələrindən asılı olmayaraq qızıl medallara yiyələnib.
Bu uğur “Qarabağ”ın Azərbaycan çempionatlarında 2-ci qələbəsidi. Ağdamlılar ilk dəfə 1993-cü ildə - 21 il əvvəl bunu bacarmışdı. Bununla da komanda qızıl medalların sayında eyni qədər uğuru olan “Şəmkir”, “İnter” və “Bakı”ya çatıb. Bu komandalardan başqa, “Neftçi” 8, “Kəpəz” 3,“Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə çempion olub. Əyalət təmsilçisi qızıl medallara sahib çıxmaqla son 6 mövsümdə çempion olan paytaxt təmsilçilərinin seriyasına da son qoyub.
Futbolçu kimi 4 dəfə Azərbaycan çempionu olan Qurban Qurbanov baş məşqçi postunda ilk dəfə bu uğura imza atıb. O, komanadsını ölkənin ən güclüsü edən 10-cu çalışdırıcı olub. Onlardan yalnız ikisi - Qurbanov və Arif Əsdov həm oyunçu, həm baş məşqçi kimi bu uğura sevinib.
Qeyd edək ki, cari mövsümdə 22-ci çempionat keçirilsə də, bunların 21-də qalib müəyyənləşib, biri isə yarımçıq dayandırılıb.
| mövsüm | çempion | Baş məşqçi |
| 1992 | “Neftçi” | Əhməd Ələsgərov |
| 1993 | “Qarabağ” | Ağasəlim Mircavadov |
| 1993/94 | “Turan” | Kazbek Tuayev |
| 1994/95 | “Kəpəz” | Mehman Allahverdiyev |
| 1995/96 | “Neftçi” | Kazbek Tuayev |
| 1996/97 | “Neftçi” | Kazbek Tuayev |
| 1997/98 | “Kəpəz” | Mehman Allahverdiyev |
| 1998/99 | “Kəpəz” | Mehman Allahverdiyev |
| 1999/2000 | “Şəmkir” | Ağasəlim Mircavadov |
| 2000/01 | “Şəmkir” | Ağasəlim Mircavadov |
| 2001/02 | yarımçıq dayandırılıb |
|
| 2003/04 | “Neftçi” | Kazbek Tuayev |
| 2004/05 | “Neftçi” | Ağasəlim Mircavadov |
| 2005/06 | “Bakı” | Böyükağa Hacıyev |
| 2006/07 | “Xəzər Lənkəran” | Ağasəlim Mircavadov |
| 2007/08 | “İnter” | Valentin Xodukin |
| 2008/09 | “Bakı” | Qyoko Haciyevski |
| 2009/10 | “İnter” | Kaxaber Sxadadze |
| 2010/11 | “Neftçi” | Arif Əsədov |
| 2011/12 | “Neftçi” | Böyükağa Hacıyev |
| 2012/13 | “Neftçi” | Böyükağa Hacıyev |
| 2013/14 | “Qarabağ” | Qurban Qurbanov |
pfl.az