"Tour of İran" başa çatdı

"Tour of İran" başa çatdı
İran İslam Respublikasında təşkil edilən ənənəvi "Tour of İran" veloyürüşü başa çatıb. Fanat.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı 6 mərhələli yarışında Azərbaycan yığma komandasının 6 üzvü də mübarizə aparıb.
Velosipedçilərimizdən ən yüksək nəticə Elçin Əsədova məxsusdu - "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan Elçin, 6 mərhələnin yekununa əsasən 100 iştirakçı arasında 24-cü yeri tutub.
Qeyd edək ki, "Tour of İran" veloyürüşündə ümumilikdə 18 yığma və klub komandası iştirak edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər