Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of Estonia” veloyürüşündə ilk mərhələni uğurla başa vurub. Fanat.az xəbər verir ki, paytaxt Tallindən Tartuya qədər olan 190 km məsafəni komanda üzvlərimizdən ən tez Maykl Şvayzer və Maksim Averin başa vurub - onlar mərhələ qalibindən 1 saniyə geri qalmaqla müvafiq olaraq 3-4-cü yerləri bölüşüblər.
Sabah keçiriləcək ikinci mərhələdə iştirakçılar 150 km məsafə qət etməlidilər. 2 mərhələli yarışda “Synergy Baku” 7 velosipedçi ilə təmsil olunur.
Qeyd edək ki, Estoniya turunda ümumilikdə 12 komanda iştirak edir ki, bunlardan da 2-si Pro Kontinental, 6-sı Kontinental, 4-ü isə milli komandadı.
Fanat.az