"Tour d`Azerbaidjan-2014": afrikalı 1-ci oldu

"Tour d`Azerbaidjan-2014": afrikalı 1-ci oldu
Bu gün "Tour d`Azerbaidjan-2014" beynəlxalq velosiped turunun 3-cü mərhələsi keçirilib. Fanat.az xəbər verir ki, 5 mərhələdən ibarət olan yürüşün bu hissəsi Bakıdan kənarda baş tutub.
25 komanda mübarizənin 3-cü günündə saat 10.30-da Qəbələdə start götürərək Oğuzdan keçməklə Şəkiyə, oradan da başlanğıc nöqtəyə qayıdıblar. Velosipedçilər bu dəfə 180 km məsafəni qət ediblər.
 
Finiş xəttinə CAR təmsilçisi Yusif Requiqui (MTN Şubeka) hamıdan tez çatıb. Sloveniyalı Matey Mureli (Adria Mobil) 2-ci olub. İlk "üçlüy"ü isə isveçli Kristian Yensen (Development Team Guant-Şimano) tutub.
 
3-cü mərhələsi ümumi hesaba ciddi təsir etməyib. 5 mərhələdən ibarət yarışın yarıdan çox arxada qaldıqdan sonra avstriyalı Uilyam Klark (Drapak Professional Cycling) liderliyini qoruya bilib. O, sabahkı starta da göy köynəkdə çıxacaq. 
Sloveniyalı Primoz Roqliç (Adria Mobil) ən yaxşı dağ yürüşçüsü kimi daşıdığı qırmızı köynəyə daha bir gün sahiblik edəcək. Ən yaxşı gəncə verilən ağ-bənövşəyi köynəyin də sahii dəyişməz qalıb. Burada liderlik isveçli Fredrik Ludviqssona (Development Team Giant-Şimano) məxsusdu.
 
Yeganə dəyişiklik sloveniyalı Matey Muqerli (Adria Mobil) ilə bağlıdı. Balkanlı ən yaxşı sprinter kimi yaşıl köynəyə yiyələnib.
Qeyd edək ki, 4-cü mərhələ Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş olacaq. Velosipedçilər 115 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər