"Simurq"un prezidenti Çixradzedən nə tələb edir?

"Simurq"un prezidenti Çixradzedən nə tələb edir?
"Simurq"un son turda səfərdə AZAL-ı məğlub etməsi klubun prezidenti Anar Bəkirovun fikrini kökündən dəyişib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın, eləcə də "Bakı"nın məğlubiyyəti fonunda ilk "üçlüy"ə düşmək şansının reallığını görən Bəkirov məşqçilər korpusunu bir araya yığaraq avrokuboklara vəsiqə uğurunda mübarizə aparacaqlarını bilidirib.
 
Qeyd edək ki, hazırda "Simurq" 33 xalla 6-cı pillədə qərarlaşıb. Zaqatala klubunu 3-cü pillədən 9 xal ayırır ki, Bəkirov da bu fərqin aradan qaldırılmasını mümkün sayır. Bir sözlə, artıq Çixradzenin qarşısına avrokuboklar hədəf kimi qoyulub.
rekord.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər