"Simurq"un 8 futbolçusu ilə müqaviləsinin vaxtı bitib. Fanat.az xəbər verir ki, bunlar kapitan Ruslan Poladov, Taqim Novruzov, "Neftçi"dən icarə əsasında heyətə cəlb edilən Nicat Qurbanov, Stepan Polyak, Dilaver Zrnanoviç, Raul Kostin, Anderson Oliveyra və "Bakı"dan icarəyə götürülən Mindauqas Kalonasdı.
Ancaq onlardan bir neçəsi ilə hazırda danışıqlar aparılır və yaxın günlərdə ortaq məxrəcə gəlinsə yeni müqavilə imzalanacaq. "Simurq" danışıqlar apardığı futbolçuların adlarını açıqlamayıb.
Fanat.az