"Simurq"a şad xəbər

"Simurq"a şad xəbər
"Simurq"un məşqçilər korpusu Draqan Çerandan şad xəbər alıb. Fanat.az xəbər verir ki, forvard sağalıb.
Belə ki, AZAL-la oyunun 87-ci dəqiqəsində komandasının ikinci qoluna imza atan Çeran topuğundan zədə almışdı. Matçdan sonra zədənin ciddi olmadığı müəyyənləşib. Artıq forvard tam sağalıb və "Rəvan"la oyunda meydana çıxmağa hazırdı.
Qeyd edək ki, Çeran cari mövsümdə "Simurq"un vurduğu 25 qoldan 7-sinin müəllifidi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər