"Simurq"un yay hazırlıq planı müəyyənləşiö. Fanat.az xəbər verir ki, komanda iyunun 27-də Sloveniyaya yollanacaq.
"Simurq" bu ölkədə iyulun 13-nə dək qalacaq. Dörd günlük istirahətdən sonra - iyulun 17-də isə Zaqatala təmsilçisi Avstriyaya yola düşəcək. Georgi Çixradzenin yetirmələri vətənə avqustun 1-də qayıdacaqlar.
Bu iki ölkədəki hazırlıq çərçivəsində "Simurq" bütövlükdə 8 yoxlama oyunu keçirəcək. Onlardan 3-ü Sloveniyada, 5-i isə Avstriyada baş tutacaq.
Fanat.az