"Simurq" "Bakı" ilə oyuna tam heyətlə çıxmayacaq. Fanat.az xəbər verir ki, Georgi Çixradze son iki oyunda iki qol vuran Rəşad Eyyubovun xidmətindən XXVIII turda yararlana bilməyəcək.
Buna səbəb gənc futbolçunun cəzaolı duruma düşməsidi. "Xəzər Lənkəran"la qarşılaşmanın 13-cü dəqiqəsimndə simulyasiya görə cəzalanan Rəşad sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, Rəşad mövsüm ərzində 8-ci "sarı"sını alıb. VII (Qarabağ), VIII (Qəbələ), IX (AZAL) və X (Xəzər Lənkəran) turun qarşılaşmalarında cəzalanan 21 yaşlı hücumçu XI turun "Neftçi" matçını buraxmalı olmuşdu. Bundan sonra isə o, "Sumqayıt" (XIV tur), AZAL (XVII) və "İnter"lə (XXI) qarşılaşmalarda "sarı" alıb.
Fanat.az