"Simurq" yay hazırlığını üç ölkədə keçəcək. Fanat.az xəbər verir ki, komanda yeni mövsümə Azərbaycanla yanaşı, Sloveniya və Avstriyada hazırlaşacaq.
Zaqatala klubu iyunun 7-8-də Bakıda bir araya gələcək. Qısa müddətli hazırlıq prosesindən sonra Georgi Çixradze yetirmələrini Sloveniyaya aparacaq. Bu ölkədə 10 gün qalacaq "Simurq" yenidən Bakıya qayıdacaq. Qısa müddətli istirahət və hazırlıqdan sonra komanda bu dəfə Avstriyaya yollanacaq.
Fanat.az