“Komandaya iyunun 15-də qoşulmuşam. Əsas yığma ilə ABŞ-dan qayıdandan sonra və U-21-ə qoşulduğuma görə, baş məşqçi mənə əlavə istirahət imkanı yaratmışdı”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.
Qara daha sonra əlavə edib: “Komandada həmişəki kimi, yaxşı ab-hava var. Getdikcə məşqlər daha da intensivləşəcək. Əlbəttə ki, Çempionlar Liqasında ölkəmizi layiqincə təmsil etmək istəyirik. Rəqibimizin kim olacağı şəxsən mənim üçün çox maraqlıdı. Bu başqa məsələ ki, püşkün qarşımıza çıxaracağı komandanın kimliyindən asılı olmayaraq ona hörmətlə yanaşacağıq. Bilirik ki, hamı bizdən uğur gözləyir. Xalqın dəstəyini hiss etmək həmişə çox xoşdu”.
Fanat.az