"Ürəyim komandamın yanındadı"- finala doğru

"Ürəyim komandamın yanındadı"- finala doğru

Mahir Şükürov Azərbaycan Kubokun final oyunu barədə fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, Şükürov bunları söyləyib:

“Kubokun final oyununda “Neftçi” və“Qəbələ” komandalarıüz-üzə gələcək. Həlledici qarşılaşma hər iki komanda üçün çətin olacaq. “Qəbələ” ilk dəfəçıxdığı finalda kuboku qazanmağa çalışacaq. Biz isə kuboku əldən verməmək üçün mübarizə aparacağıq. Ürəyim komanda ilə birlikdədir. Oyundan əvvəl zəng edib komanda yoldaşlarıma dəstək olacağam. İnanıram ki, “Neftçi”nin adına layiq mübarizə aparıb kuboku qazanacağıq”.

O, oynamayacağına üzülür: “Təəssüf ki, həlledici görüşdə komandama dəstək ola bilməyəcəm. Komandanın bir üzvü kimi bu məni çox məyus edir. Bununla belə, komandamın yanında olmasam da, millinin düşərgəsindəyəm. Kimliyindən asılı olmayaraq, meydana çıxacaq hər bir futbolçu komandanın uğur qazanmasıüçün çalışacaq”.

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər