"Rəvan"la AZAL Elvini "Böyük oyun"a buraxmadı

"Rəvan"la AZAL Elvini "Böyük oyun"a buraxmadı
"Neftçi" "Xəzər Lənkəran"la oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, Premyer Liqanın XXVIII turunda baş tutacaq "Böyük oyun"da Elvin Yunuszadə iştirak etməyəcək.
Buna səbəb futbolçunun cəzalı duruma düşməsidi. "Rəvan"la matçın 47-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan milli üzvü sarı vərəqə limitini doldurub. Bu səbəbdən Yunuszadə "Neftçi" matçını buraxmalı olacaq.
Qeyd edək ki, Elvin 4 "sarı"nı AZAL və "Rəvan"la oyunlarda alıb. Belə ki, AZAL-la I və XVIII, "Rəvan"la isə II və XXVII turların oyunlarında hakimlər onu cəzalandırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər