"Rəvan"dan ayrılan Miloş Adamoviçin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, serb yarımmüdafiəçi karyerasını İsraildə davam etdirəcək.
Belə ki, Adamoviç Petax Tikva "Hapoel"i ilə anlaşıb. 25 yaşlı futbolçu artıq yeni klubu ilə rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, 2013-cü ilin qışıdından "Rəvan"da çıxış edən Miloş 43 oyunda 11 qol vurub. O, əvvəllər Serbiyanın OFK, "Palilulats", "Dinamo" (Vranje), Moldovanın "Şerif", "Poloniya" (Varşava), Qazaxıstanın "Taraz" və "Sunkar" klublarında çıxış edib.
Fanat.az