Güvənc Kurtarın istefaya göndərilməsindən sonra baş məşqçi postu boş qalan "Rəvan"da bu vəzifəyə artıq təyinat reallaşıb. Fanat.az futbol11.az saytına istinadən xəbər verir ki, növbəti mövsüm I divizionda mübarizə aparacaq komandanın baş məşqçisi tanış sima olub.
Belə ki, klunun U-19 komandasının baş məşqçisi vəzifəsində çalışan Ramil Əliyev yeni mövsümdən "Rəvan"ın əsas komandasını çalışdıracaq. İndiyədək bir neçə dəfə əsas komandaya rəhbərlik edən Əliyev yenidən bu postu tutacaq.
Artıq baş məşqçinin köməkçiləri də bəllidi. "Rəvan"ın məşqçilər korpusunda Anar Vəliyevlə və Müşfiq Qəmbərov yer alacaq.
Fanat.az