"Rəvan" hədəfini açıqladı

"Rəvan" hədəfini açıqladı
2014/15 mövsümündə I divizionda mübarizə aparacaq "Rəvan"da klubdaxili toplantı keçirilib. Fanat.az xəbər verir ki, iclasda klubun İdarə Heyətinin üzvü İlqar Axundov, idman direktoru Füzuli Əliyev, məşqçilər və texniki heyətin üzvləri iştirak ediblər.
Yığıncağı giriş sözü ilə açan Fizuli Əliyev növbəti mövsümə hazırlıq planını açıqlamaqla yanaşı, komandanın qarşısına elitaya vəsiqə qazanmaq tapşırığı qoyulduğunu bir daha diqqətə çatdırıb.
 
Toplantıda komanda üzvlərinin hər birinə ayrılıqda söz verilərək, cavabdeh olduqları sahə ilə bağlı rəy və təklifləri dinlənilib.
 
İlqar Axundov "Rəvan"ın yeni mövsümdə qarşıya qoyulan tapşırığın öhdəsindən gəlməsi üçün klub rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığını qeyd etməklə yanaşı, hər hansı çatışmazlığın da dərhal aradan qaldırılacağını ifadə edib.
 
Sonda komandanın baş məşqçisi Ramil Əliyev məşqçilər korpusuna göstərilən etimada görə klub rəhbərliyinə təşəkkürünü bildirib və "Rəvan"ın Premyer Liqaya vəsiqə qazanması üçün əllərindən gələni edəcəklərini söyləyib.
 
Qeyd edək ki, "Rəvan" yeni mövsümün hazırlığına bu gün başlayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər