"Rəvan" bunu 18 oyundan sonra gördü

"Rəvan" bunu 18 oyundan sonra gördü

"Rəvan"ın qələbəsiz oyunlar seriyası başa çatıb. Fanat.az xəbər verir ki, Bakı klubu XXIV turun AZAL-la oyununda 1:0 hesablı qələbə qazanaraq uğursuzluğa son qoyub.

"Rəvan" 18 oyun idi ki, qələbə qazana bilmirdi. Sonuncu dəfə V turun "Sumqayıt"la səfər oyununda 3 xala sevinən bakılılar ondan sonra baş tutan 18 matçın 8-də heç-heçə etmiş, 10-da məğlub olmuşub.

"Rəvan" V turdakı qələbəni Vladislav Qədirovun başçılığı altında qazanmışdı. Bundan sonra komandanı Qədirov 4, Şahin Diniyev 9, Güvənc Kurtar 5 oyuna çıxarsa da, qələbə qazanmaq mümkün olmamışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər