“Mançester Yunayted”in azarkeşləri komadanın uğursuz çıxışından qəzəbləniblər. Fanat.az xəbər ver ir ki, "qırmızı şeytanlar"ın Çempionlar Liqasında “Olimpiakos”a məğlub olması fanatların səbrini daşırıb.
Belə ki, "Mançester Yunayted"in azarkeşlərindən biri orijinal etiraz üsuluna əl atıb. O, bədəninə “Rədd ol, Moyes” yazılmış döymə vurdurub və bunu sosial şəbəkədə paylaşıb.
Fanat bildirib ki, Moyes komandanı nə qədər tez tərk edərsə, “Mançester Yunayted” üçün bir o qədər yaxşı olar.
Fanat.az