Qadın voleybolçular arasında Çempionlar Liqasının ikinci finalçısı müəyyənləşib. Fanat.az xəbər verir ki, Bakıda keçirilən “Dördlər finalı”nın yarımfinalının son matçında “Rabitə” Rusiya “Dinamo”sunu sınağa çəkib.
Son 3 ildə 2 dəfə finala yüksələn və hər dəfə “Vakıfbank”a yenilən “Rabitə” yenə yarımfinalı adlamaq iddiasında olsa da, bu istəyini reallaşdıra bilməyib. Bakı klubu hər üç setdə yenilib - 0:3.
Beləliklə, “Dinamo” tarixində ilk dəfə finala yüksəlib. Onların həlledici mərhələdə rəqibi son çempion “Vakıfbank” olacaq. “Rabitə” isə üçüncü yer uğrunda “Eczaçıbaşı” ilə üz-üzə gələcək.
Voleybol
Dördlər finalı
Yarımfinal
15 mart
Dinamo (Kazan, Rusiya) - Rabitə (Azərbaycan) 3:0 (25:15, 25:21, 25:19)
Fanat.az