"Qurban Qurbanovun etimadını doğrultmağa çalışacam"

"Qurban Qurbanovun etimadını doğrultmağa çalışacam"
"Bilirəm ki, çempion komandaya gəlmişəm. İddialı komandaya keçidimi irəliyə atılmış addım kimi qiymətləndirirəm. Sağ olsunlar, komandada məni mehriban qarşıladılar". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Cavid Tağıyev deyib.
Gənc futbolçu Qurban Qurbanovun etimadını doğrultmağa çalışacağını bildirib: "Qarabağ"dan təklif gələndə hara getdiyimi çox yaxşı anladım. Bilirəm ki, komandada istənilən mövqedə rəqabət var. Hər şey özümdən asılıdı. Məşqlərdə maksimum çalışıb özümü göstərməliyəm. Əgər Qurban Qurbanov məni komandasında görmək istəyibsə, buna ancaq sevinə bilərəm. Onun və bütün "Qarabağ" camiəsinin etimadını doğrultmaq üçün var gücümlə çalışacam. "Qarabağ"a uğur qazanmaq üçün gəlmişəm. Meydana çıxacağım günü səbirsizliklə gözləyirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər