Vaqif Sadıqov "Rəvan"la oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, AZAL-ın baş məşqçisi komandasının qələbəyə layiq olduğunu deyib:
"Çox danışmaq istəmirəm, futbolda belə oyunlar da olur. Qapıçımız bir dəfə də olsun topun dalınca uzanmadı, amma məğlub olduq. Oyunumuzda olan səhvlərimizi düzəltməliyik. “Rəvan”ı qələbə münasibəti ilə təbrik edirəm. Sona kimi mübarizə aparıb qələbə qazandılar. Əsas heyətimizdən 3 futbolçu yox idi, onlara bu gün ikisi də əlavə olundu. Gözlənilməyən nəticə oldu, oyuna bir daha təkrar baxmaq lazımdı. 6-cı dəfədi ki, layiq olmadığımız məğlubiyyəti alırıq. Kamal Bayramovun oyununu qeyd etməliyəm. O, Lukas Sapelanı layiqincə əvəz etdi”.
Fanat.az