"Partizan"ın baş katibi üsyana aydınlıq gətirdi

"Partizan"ın baş katibi üsyana aydınlıq gətirdi

"Neftçi"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Serbiyanın "Partizan" klubunun aparıcı üzvləri klub rəhbərliyi ilə görüşüblər. Fanat.az xəbər verir ki, klubun baş katibi Todd Qallea yerli jurnalistlərə verdiyi açıqlamada futbolçuların məşqlərini davam etdirəcəklərini bildirib.

Klub rəsmisi aprelin 2-ci yarısından qalan borclarını da tezliklə ödəyəcəklərini dilə gətirib.

Qeyd edək ki, məvaciblərinin ödənilməməsinə görə "Partizan"ın futbolçuları çərşənbə axşamı məşqə çıxmaqdan imtina etmişdilər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər