"Partizan"da üsyan zirvə həddinə çatdı

"Partizan"da üsyan zirvə həddinə çatdı

"Neftçi"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Serbiyanın "Partizan" klubunda sular bulanmaqda davam edir. Fanat.az xəbər verir ki, aprelin 2-ci yarısından bəri maaş üzünə həsrət qalan futbolçular ardıcıl 3-cü dəfə məşqə çıxmaqdan imtina ediblər.

Klub rəhbərliyi dünən üçün borcların bir hissəsini bağlayacağına söz versə də, yenə də yalançı çıxıb. Buna cavab olaraq, oyunçular üsyanı davam etdiriblər. 

Belə getsə "Partizan"ın sıralarında avqustun 21-də baş tutacaq görüşdə meydana inzibati heyət çıxacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər