"Nou Kamp"da tarix yazıldı: 18 ildən sonra...

"Nou Kamp"da tarix yazıldı: 18 ildən sonra...
İspaniya La Liqasında 2013/14 mövsümünün qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, yeni ölkə çempionu son turda müəyyənləşib. 
Son turadək iddiasını davam etdirən "Barselona" və "Atletiko" bu gecə "Nou Kamp"da qarşılaşıb. Hesabı 33-cü dəqiqədə Aeksis Sançes açıb. 49-cu dəqiqədə Dieqo Qodin bərabərliyi təmin edib və oyun 1:1 hesabı ilə başa çatıb. Bununla da xallarını sayını 90-a çatdıran "Atletiko" İspaniya çempionu olub.
Madrid klubu 18 ildən sonra çempionluq sevinci yaşayıb. Belə ki, "Atletiko" sonuncu dəfə 1995/96 mövsümündə birinci olmuşdu. Komanda 10-cu dəfə qızıl medallara sahib çıxıb: 1940, 1941, 1950, 1951, 1966, 1970, 1973, 1977, 1996, 2014.
Qeyd edək ki, 1-4-cü yerləri tutan "Atletiko", "Barselona", "Real" və Atletik" Çempionlar Liqasına, 5-7-ci pillələrdə qərarlaşan "Sevilya", "Real Sosyedad" və "Vilyarreal" Avropa Liqasına vəsiqə qazanıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər