"Mirça Luçesku bizim əsas namizədimizdi". Fanat.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın prezidenti Ünal Aysal deyib.
Preziednt baş məşqçi postuna əsas namizədin rumın mütəxəssis olduğunu bildirib. Aysal deyib ki, Luçesku bazar ertəsinədək onlara cavab verməlidi: "Onun "Şaxtyor"la bir illik müqaviləsi var. Ancaq klub prezidentinin razılığınrı alaraq gələ bilər. Bazar ertəsinədək bizə cavab verməlidi. Qərar istədiyimiz kimi olsa, oturub danışacağıq. Əks halda digər namizədləri nəzərdən keçirəcəyik".
"Qalatasaray"ın prezident "Bavariya"nın sabiq baş məşqçisi Juup Heynkesin, həmçinin Erik Gerets və Mustafa Dənizlinin adının namizədlər siyahısında olmadığını bildirib.
Fanat.az