"Müdafiə daha vacibdi"- finala doğru

"Müdafiə daha vacibdi"- finala doğru

"Neftçi"nin braziliyalı müdafiəçisi Karlos Kardozo Azərbaycan kubokunun sabahkı finalıyla bağlıfikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, “sambaçı” bunları deyib:

"Qəbələ"ni yaxşı tanıyıram. Onların güclü futbolçuları var. Amma biz öz oyunumuza köklənmişik. İrəli gedəcəyəmmi? Oyunun gedişatından asılıdı. Mənim üçün müdafiə daha vacibdi".

Kardoso aqressiv oyununu da şərh edib:

"Mən bu haqda danışmaq istəyirdim. Həyatımda ilk qırmızı vərəqəni Azərbaycanda almışam. Braziliyadan başqa artıq 3-cü ölkədi ki, oynayıram və Rumıniyada 100-dən artıq oyun keçirmişəm. Hərdən bu hadisələr stressdən baş verir. Oyuna gəldikdə mən yaxşı köklənirəm. Qardaşıma qarşı oynasam, yenə belə edərəm. Həyatda sakit adamam"

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər