"Bakı"nın mənə görə "Qarabağ"dan pul tələb etməsi barədə heç nə deyə bilmərəm. Bu məsələ mənə aid deyil. Bir şeyi bilirəm ki, mən "Qarabağ"a qanuni şəkildə keçmişəm, heç bir qaydanı pozmamışam". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Namiq Ələsgərov deyib.
"Bakı" "Qarabağ" və "Simurq"a transfer olunan 4 futbolçusuna görə pul tələb edir. Onlardan biri də Namiq Ələsgərovdi. O, "Bakı"dan 6 aydı maaş almadağına getdiyini bildirib: "Eşitmişəm ki, məni "Bakı"nı atıb getməkdə günahlandırırlar. Amma məni da başa düşmək lazımdı. Yarım il idi pul almırdım, amma oynayırdım. Daha nə etməliydim ki? Mən də yaşamalıyam, ailəmə çörək pulu qazanmalıyam. Məni günahlandıranlar özləri altı ay pulsuz qalarlar? Mən son ana kimi hər şeyin yaxşı olacağına ümid edib, gözlədim. Amma düzəlmədiyini görüncə özümə klub axtarmağa başladım".
Fanat.az