Braziliyanın ev sahibliyi etdiyi dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, gecənin ilk matçı D qrupu çərçivəsində baş tutub.
Belə ki, İtaliya və Kosta Rika yığmaları üz-üzə gəlib. İlk matçda qalib gələn rəqiblərin duelini Kosta Rika qazanıb. Oyunun yeganə qoluna 44-cü dəqiqədə Bryan Ruiz imza atıb. "Xəzər Lənkəran"ın sabiq üzvü Randall Brenes matçın iştirakçısı olub. O, 81-ci dəqiqədə matçın yeganə qolunun müəllifi Bryan Ruizi əvəzləyib.
Bununla da Kosta Rika 1/8 fina vəsiqə qazanıb. İngiltərə millisinin isə qrupda qalaması rəsmiləşib.
Qeyd edək ki, bu gecə daha iki matç baş tutacaq. Saat 00.00-da İsveçrə Fransanı, 03.00-da Ekvador Hondurası sınağa çəkəcək.
DÇ-2014
Qrup mərhələsi
20-21 iyun
D qrupu
21.00 İtaliya - Kosta Rika 0:1
Qol: Bryan Ruiz, 44.
İtaliya: Canluci Buffon, Georgi Çiellini, Matteo Darmian, İqnazio Abate, Andrea Barzaqli, Tyaqo Motta (Antonio Kassano, 46), Antonio Kandreva (Lorenzo İnsiqne, 57), Klaudio Marçisio (Alessio Kerçi, 69), Daniel de Rossi, Andrea Pirlo, Mario Balotelli.
Ehtiyat oyunçular: Salvatore Siriqu, Mattia Perin, Mattia De Skiqlio, Leonardo Bonuççi, Qabriel Paletta, Alberto Aquilani, Marko Parolo, Marko Verratti, Ciro İmmobile.
Baş məşqçi: Cesare Prandelli.
Kosta Rika: Keylor Navas, Qeankarlo Qonzales, Mixael Umana, Oskar Duarte, Kelso Borqes, Junior Diaz, Kristian Bolanos, Kristian Qamboa, Yeltsin Tejeda (Jose Kubero, 68), Coel Kampbell (Marko Urena, 74), Bryan Ruiz (Randall Brenes, 81).
Ehtiyat oyunçular: Patrik Pemberton, Daniel Kambronero, Conni Akosta, Dave Mire, Vaylon Françis, Roy Miller, Mixael Barrantes, Esteban Qranados, Dieqo Kalvo.
Baş məşqçi: Xorxe Luis Pinto.
Sarı vərəqələr: Mario Balotelli, 69 - Jose Kubero, 71.
Hakimlər: Enrike Osses, Karlos Astroza, Serxio Roman (Çili), Neant Alioum (Kamerun).
Rekife. "Pernambuko Arena".
1 | Kosta Rika | 2 | 2 | 0 | 0 | 4:1 | 6 |
2 | İtaliya | 2 | 1 | 0 | 1 | 2:2 | 3 |
3 | Uruqvay | 2 | 1 | 0 | 1 | 3:4 | 3 |
4 | İngiltərə | 2 | 0 | 0 | 2 | 2:4 | 0 |
Fanat.az