"IV Caspian Cup": finalın adı müəyyənləşdi

"IV Caspian Cup": finalın adı müəyyənləşdi
Bakıda keçirilən "IV Caspian Cup" beynəlxalq turniri davam edir. Fanat.az xəbər verir ki, bu gün turnirin yarımfinal mərhələsinin oyunları baş tutub.
Qrup qaliblərinin meydana çıxdığı gündə U-17 millimiz İranı sınağa çəkib. 0:1 hesabı ilə yenilən komandamız finala çıxa bilməyib.
Digər yarımfinal cütündə isə Tacikistanla Türkiyə qarşılaşıb. "Ay-ulduzlular" 1:0 hesablı qələbə qazanaraq finala çıxıb.
Beləliklə, U-17 millimiz iyunun 5-də Tacikistanla üçüncü yer uğrunda oyunda üz-üzə gələcək. Türkiyə və İran isə finalda qarşılaşacaq.
IV Caspian Cup
Yarımfinal
3 iyun 
Azərbaycan U-17 - İran 0:1
Qol: Reza Şekari, 53.
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Rəvan Həmzəzadə, Yusif Nurullayev.
AFFA nümayəndəsi: Qabil Nərimanov.
Hakim-inspektor: Şahin Cəfərov.
"Bayıl Arena".
Tacikistan - Türkiyə 0:1
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Habil Əliyev, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Xəqani Məmmədov.
"Bayıl Arena".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər