"İnşallah, Foqtsun çəkdiyi püşk uğurlu alınar"

"İnşallah, Foqtsun çəkdiyi püşk uğurlu alınar"
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov UEFA Futzal Kubokunun “Dördlər finalı”nın Bakıda keçirilmiş püşkatma mərasimini dəyərləndirib. Fanat.az xəbər vermr ki, federasiya rəsmisi püşkün nəticəsinin maraqlı alındığını bildirib:
“Əlbəttə, “Barselona”dansa “Dinamo” daha münasib rəqib idi. Amma onu da nəzərə alaq ki, İspaniya komandasını keçsək, məncə, finalda da qələbə şanslarımız daha yüksək olacaq. İnşallah, Foqtsun çəkdiyi püşk uğurlu alınar”.
 
Qeyd edək ki, püşkü futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts çəkib. Digər yarımfinal görüşündə Qazaxıstan “Kayrat”ı ilə Rusiyanın “Dinamo” (Moskva) komandası üz-üzə gələcək. Qalib komandalar finalda, məğlublar 3-cü yer uğrunda matçda üz-üzə gələcəklər. Qarşılaşmalar aprelin 24-də və 26-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.
lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər